Çin paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Çinin Xarici İşlər naziri Vanq Yi məlumat verib.
O bildirib ki, rəsmi Pekin Fələstinin 1967-ci il sərhədlərini tanıyır.
Fələstin prezidentinin Çindəki özəl təmsilçisi Əhməd Maydalani və Nabil Şaas Pekin rəhbərliyinə bu dəstəyə görə təşəkkür edib.