23 Dekabr 2017 17:56
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın vitse-prezidenti Mayk Pens jurnalistlərə açıqlamasında İranın nüvə proqramından, onun regiondakı ərəb ölkələrinə qarşı təhdidindən və beynəlxalq terrorçuluğa dəstəyindən danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Pens İranın körfəzdəki ərəb ölkələrinə qarşı təhdidinin gündən-günə artmasının bölgədə yeni ittifaq və qütblərin yaranmasına gətirib çıxara biləcəyini deyib:

“İranın nüvə proqramına gəlincə, ABŞ Prezidenti Donald Tramp dəfələrlə təkidlə bildirib ki, o, dünyada terrorçuluğun ən böyük himayədarı olan İran rejiminin nüvə silahına yiyələnməsinə heç vaxt imkan verməyəcək. Hazırda isə biz Amerika Konqresində İrana qarşı yeni layihələrin qəbul olunmasına çalışırıq. Elə layihələr ki, İran nüvə silahına yiyələnməyə çalışarsa, Tehrana qarşı yeni və daha kəskin sanksiyaların tətbiqini mümkün etsin və onun çərçivəsini müəyyənləşdirsin”.


Müəllif: Samir

Oxşar xəbərlər