Berlində bir nəfər avtomobilini Sosial Demokrat Partiyasının qərargahı yerləşən binaya sürüb.
Teleqraf.com xəbər verir ki, hadisə gecə yarı Kroysberq rayonunda baş verib.
“Sürücünün özündən başqa zərərçəkən olmayıb”, - Berlin polisinin Tivitterdə yaydığı məlumatda deyilir.
Hüquq-mühafizə orqanları sürücünün vəziyyətinin nə dərəcədə ağır olmasını dəqiqləşdirmədiyini , hadisənin araşdırıldığını bildirib.