"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya prezidenti Bəşər Əsəd haqqında "dövlət terroruna cəhd etmiş bir terrorçudur" ifadəsi hüquqa söykənmir".
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ərdoğanın Tunis səfəri zamanı Bəşər Əsəd haqqında səsləndirdiyi "O, dövlət terroruna cəhd etmiş adamdır, onunla birgə addımlamaq mümkünsüzdür" fikirlərinə münasibət bildirərkən qeyd edib.
"Suriya BMT-də təmsil olunan ölkədir. Dəməşq hökumətinin nümayəndələri Suriyanı BMT Təhlükəsizlik Şurasında təmsil edirlər. Bu mənada Ərdoğanın Əsəd haqqında fikirlərinin hər hansı hüquqi əsasları yoxdur. Bununla bağlı şərh bildirməyə də ehtiyac yoxdur".