28 Dekabr 2017 23:27
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa hökuməti “Dassault Aviation” avia şirkətinin istehsalı olan "Rafale" markalı döyüş təyyarəsi alacağı təqdirdə Belçikaya 20 milyard avro təzminat ödəyəcəyini bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Fransa F-16 tipli döyüş təyyarələrini dəyişdirmək istəyən Belçika hökumətinin F-35 veya Yevrofiter Tiflun model təyyarə əvəzinə “Dassault Aviation”dan "Rafale" alacağı təqdirdə bu ölkəyə 20 il ərzində 20 milyard avro ödəyəcəyinə söz verib.

Fransanın Belçikanı "Rafale" tipli döyüş təyyarələrini almaq üçün razı salmağa çalışdığı bildirilir.

Belçika müdafiə naziri Steven Vandeput Fransanın təklifinin "gerçəkləşməyəcək qədər gözəl" olduğunu bildirib.

Xatırladaq ki, Fransa dekabrın 7-də Qətərlə ümumilikdə 6,6 milyard avro dəyərində 12 ədəd "Rafale" döyüş təyyarəsi və 50 Airbus tipli təyyarənin satışını nəzərdə tutan müqavilə imzalayıb.


Müəllif: Kəmalə

Oxşar xəbərlər