Misirin Şimali Sina vilayətinin Əl-Əriş şəhərində orduya məxsus hərbi avtomobil silahlı hücuma məruz qalıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum nəticəsində aralarında polkovnik Əhməd əl-Kəfravi və polkovnik- leytenant Məhəmməd əl-Bəşir olmaqla, 7 hərbçi ölüb, çoxlu sayda yaralı var.
Yaralıların bəzisinin vəziyyətinin ağır olduğu bildirilir.
Ölkənin şimalındakı Sinada 2014-ci ilin noyabrında İŞİD-ə itaət etdiyini elan edən Ənsar beyt əl-Makdis təşkilatı kimi bir sıra silahlı qruplaşmalar mövcuddur.