ABŞ-ın aralarında Türkiyənin də olduğu 10 ölkəyə AMRAAN raketləri satacağı ilə bağlı məlumat yayılıb.
Teleqraf.com xəbər verir ki, “Rayseon” şirkəti tərəfindən hazırlanan raketin 1980-cı illərin sonundan istehsala başlandığı və ən öldürücü silah kimi tarixə düşdüyü bildirilib.
AMRAAN raketləri hər cür hava şəraitində idarə edilən orta mənzilli silahdır. 1991-ci ildə ABŞ Silahlı Qüvvələrinə təhvil verilən bu sinif raketlər birbaşa görünən hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub.
Raketlərdən F-15C, F-15E, F-16, F/A-18C/D, F/A-18E/F, F-22 qırıcılarının silahlanmasında istifadə olunur.
Raketin hazırlanması prosesi 1970-ci ildən başlayıb. 1973-cü ildə ilk dəfə Ərəb-İsrail müharibəsində istifadə edilib. Ancaq onlar yaxşı effekt verməyib. İsrail ordusu AMRAAN raketləri ilə cəmi 7 təyyarə vurub, İK QSN raketləri isə 200 təyyarənin vurulmasında istifadə olunub. 1974-1978-ci illərdə modernləşdirilib. 1981-ci ildə təlimdən uğurla keçib.
Hazırda dünyanın 33 ölkəsi bu raketlərdən istifadə edir.