Türkiyə ilə Rusiya arasında S-400 raket əleyhinə müdafiə qurğuları ilə bağlı sənəd imzalanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, imzalanma prosesi Ankarada baş tutub.
Bununla bağlı Türkiyənin Müdafiə naziri Nürəddin Canikli məlumat verib:
“İki sistem, 4 batereya. Razılanma əldə edildi. Ən mübahisəli məsələ kreditin verilməsi olub. Razılaşdıq ki, sistemlər üçün lazım olan maliyyənin yarı hissəsi kreditlə, yarısı isə nağd formada çatdırılacaq”.