30 Dekabr 2017 16:09
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa İŞİD-lə müharibədə iştirak üçün göndərdiyi iki “Rafale” markalı hərbi təyyarənin ölkəyə qayıtması haqda qərar verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Florens Parli bildirib.

O, deyib ki, qırıcılar Ağ dənizin şərqində İŞİD-ə qarşı hava əməliyyatlarında iştirak edirdi.

Nazir deyib ki, İŞİD-in varlığı kifayət qədər zəiflədilib, amma tamamilə məhv edilməyib.


Müəllif: Cavad

Oxşar xəbərlər