Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriya ilə hava sərhədinə tam nəzarəti təmin etmək məqsədilə ən son texnologiyadan istifadə edir.
Teleqraf.com xəbər verir ki, TSQ birlikləri Suriyadan havaya qalxan təyyarələri və dronları müəyyən və müşayiət etmək, habelə 40 kilometrə qədər məsafədə onları məhv eləmək imkanlarına sahib texnoloji avadanlıqlara malikdir.
Bu hərbi avadanlıqlar vasitəsilə sərhəddə gün ərzində 24 saat ciddi müşahidə aparılır.
Qeyd olunur ki, bir neçə saniyə ərzində hazır vəziyyətə gətirilən sistemin imkanları hesabına Türkiyəyə təhdid olacaq bütün aviasiya vasitələri, habelə raketlər məhv edilə bilər.
Bu sistem TSQ-də yenilik hesab olunur. Sistemin adı gizli saxlanılır.