9 Yanvar 2018 10:23
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmən Xalq Konqres Partiyası (XKP) husilərin öldürdüyü sabiq prezident Abdullah Salehinin nəşini hörmətli şəkildə ailəsinə təhvil verməyi və həbs edilənlərin sərbəst buraxılmasını tələb edib.

Teleqraf.com xəbər verir ki, bu tələbləri Sanada BMT-nin xüsusi təmsilçisi Muin Şerim ilə görüşən Xalq Konqres Partiyasının yeni rəhbəri Sadiq Emin Əbu Ras səsləndirib.

Partiyanın yeni rəhbəri husilərdən keçmiş prezidentin cəsədini ailəsinə təhvil verməyib, habelə həbs edilən Salehi tərəfdarlarının azad edilməsini istəyib. Bundan başqa, o, partiyanın husilər tərəfindən müsadirə edilən əmlakının geri qaytarılmasını tələb edilib.

Qeyd edək ki, öldürülən sabiq prezident Abdullah Salehinin oğlu Salah Salehi də husilər tərəfindən əsir götürülüb.

Husilər paytaxtı Sanada sabiq prezident Abdullah Salehini öldürdükdən sonra Xalq Konqres Partiyasının liderlərindən bəzilərini həbs edib. Bəzi şəxslər isə husilərin əlindən qaçmağı bacarıb.


Müəllif: Cavad

Oxşar xəbərlər