12:10
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum zamanı şəhərin Kalamun bölgəsində yerləşən Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələrə məxsus silah anbarı hədəf götürülüb.
Ölən və ya xəsarət alanlarla bağlı məlumat verilmir.
***
Suriya hökumət qüvvələri İsrailə məxsus qırıcını vurub.
Bununla bağlı Suriya tərəfi məlumat verib. Bildirilib ki, Dəməşqi bombalayan təyyarələrdən biri hava hücumundan müdafiə sistemi ilə məhv edilib.