10 Yanvar 2018 13:30
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın 263 min salvadorlunu ölkədən qovması qərarı təşviş doğurub.

Teleqraf.com xəbər verir ki, Amerikanın CNN telekanalı qərarın yaxın vaxtlarda daha 8 ölkənin vətəndaşlarına aid ediləcəyini bildirib:

“Haiti, Sudan, Nikaraqua, Suriya, Nepal, Honduras, Yəmən və Somali vətəndaşları da ABŞ-dan çıxarılacaq. ABŞ Daxili İşlər Nazirliyi ümumilikdə 435 min insanın ölkədən deportasiya ediləcəyini bildirib”.

Telekanalın iddiasına görə, növbəti qərar martın 31-də veriləcək.


Müəllif: Samir

Oxşar xəbərlər