Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Kılıçdaroğlunun Beşikdaş bələdiyyəsinin önündəki çıxışında Ərdoğanı təhqir etməsidir.
Ərdoğan təhqirə görə CHP liderindən 150 min TL (67,5 min AZN) təzminat tələb edir.
Kamal Kılıçdaroğlu Ərdoğanı FETÖ-çü olmaqda günahlandırıb.