ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyasının sözçüsü Rayn Dillon koalisiyanın Suriya Demokratik Qüvvələri ilə yeni Suriya Sərhəd Təhlükəsizlik Qüvvələri quracağını açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Rayn Dillon hazırda 230 nəfərin təlim keçdiyini və yeni birlikdə 30 min təlim görmüş hərbçinin olacağını qeyd edib. Onun sözlərinə görə, yeni Suriya Sərhəd Təhlükəsizlik Qüvvələrinin etnik tərkibi hərbçilərin xidmətdə etdikləri yerə görə dəyişəcək.
Koalisiya sözçüsü Suriyanın şimalında kürdlərin, Fərat hövzəsi və İraqla sərhəddə ərəblərin xidmət edəcəyini bildirib.
Mənbənin Türkiyənin Anadolu agentliyinə verdiyi məlumata görə, Pentaqon- Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) şərti olaraq “Şimal ordusu” adlı yeni terror təşkilatı yaradır.
Qeyd olunub ki, amerikalıların Şərqi Hələb və Cənubi Hasekədə təlim keçdiyi sərhəd mühafizəçiləri ilk mərhələdə Kobani, Təl Əbyad, Rəsulayn və Malikiyədə yerləşdiriləcək. Terroristlərin ölkənin şərqindən Türkiyə sərhəddindəki Afrin bölgəsinə göndərilə biləcəyi vurğulanıb. Yeni birlikdə təmsil olunacaq terrorçuların 70 faizinin PYD / PKK-çılarından ibarət olacağı gözlənilir