16 Yanvar 2018 01:27
1 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ İŞİD əleyhinə koalisiyanın adından Suriyada 30 minlik sərhəd ordusunun yaradılması barədə qərar verə bilməz. Belə bir addım atılsa bölgədə xaos olar".

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Suriyada PYD üzvlərindən ibarət 30 minlik sərhəd ordusu yaradılmasına dair qərarına münasibət olaraq bildirib.

Çavuşoğlu qeyd edib ki, ABŞ mövqeyini bəlli etməlidir: "ABŞ müttəfiqlərinimi, terror təşkilatlarınımı üstün tutur? ABŞ xarici işlər naziri Reks Tillersonla bu günki telefon danışığımızda bu məsələni müzakirə edəcəyik. Raqqada bizə verilən vədlərə əməl olunmadı. PKK ilə necə mübarizə aparırıqsa, PYD ilə də eyni tərzdə mübarizə aparacağıq. Biz öz tədbirlərimizi görəcəyik. Arxasında kim olur, olsun. ABŞ və ya başqa ölkə. Bu, bizi maraqlandırmır".

Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altında İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil əsasən PYD üzvlərindən təşkil olunacaq Suriya Demokratik Qüvvələrinə aid 30 minlik sərhəd xidməti yaradacaqlarını bəyan edib. Sərhəd ordusu Suriyanın Türkiyə və İraqla olan sərhədlərini mühafizə edəcək.


Müəllif: Ayxan

Oxşar xəbərlər