Türkiyənin Suriyada “Sərhəd təhlükəsizlik qüvvələri”nin yaradılmasına etirazı ABŞ-ı geri çəkilməyə vadar edib.
Teleqraf.com xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” nəşri yayıb.
Bildirilib ki, Ankaranın etirazından sonra Vaşinqton bu planın icrasına yenidən baxıb.
Amerika rəsmiləri bu planın ictimaiyyətə səhv aşılandığı və bunun üçün də həyata keçməyəcəyini açıqlayıblar.