Əfqanıstanın şimalında Talibanın silahlı hücumu nəticəsində 18 nəfər öldürülüb.
Teleqraf.com xəbər verir ki, terror hücumu Belh vilayətində baş verib.
Taliban yaraqlıları Şolqara qəsəbəsi Buzbai kəndində bir evdə toplaşan mühafizəçilərə qəfil hücum edib.
Hücum nəticəsində 17 mühafizəçi və bir polis öldürülüb.
İlkin versiyalara görə, mühafizəçilərdən biri Talibana hücuma görə köməklik edib.