Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azad Suriya Ordusunu (ASO) "Əl Qaidədən maliyyələşən terror təşkilatı" adlandıran Cümhuriyyət Xalq Partiyasının (CHP) başqan yardımçısı Öztürk Yılmazı aşağılayan ifadələr işlədib.
Teleqraf.com xəbər verir ki, Ərdoğan CHP yetkilisini nəzərdə tutaraq "Ulan, əxlaqsız! Sən isti yatağında yatarkən ASO terrorçu öldürür" ifadəsini işlədib.
Ərdoğan Afrində 400-ə yaxın terrorçu qaldığını və onların sonuna çıxacaqlarını bildirib.