29 Yanvar 2018 14:03
4 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatında Almaniya istehsalı Leopard tanklarından istifadəsinə Berlin tərəfinin sərt reaksiya göstərməsinə Ankaradan cavab gecikməyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məsələ ilə bağlı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb:

“Leopard tankları ilə bağlı komissiya toplanacaqdı, təxirə salındı. Müdafiə Sənayesi İcraiyyə Komitəsi sabah bu məsələyə baxacaq. Fikrimcə, alman tanklarının əvəzinə Türkiyədə modernləşdirilmiş Leopard 2A4, M60A3 və M60T tanklarından istifadə ediləcək”.


Müəllif: Samir

Oxşar xəbərlər