Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində kürdlərə qarşı aparılan anti-terror əməliyyatı nəticəsində zərərsizləşdirilmiş yaraqlıların sayı 616 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə ordusunun Baş Qərargahının məlumatında qeyd olunub.
"Zeytun budağı" əməliyyatlarına yanvarın 20-də başlanılıb. Əməliyyatlar həm havadan, həm də qurudan aparılır.