1 Fevral 2018 13:17
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ YPG qruplaşmasını dəstəkləməyə davam edəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Qüvvələr komandanı Cozef Votel deyib.

O, çıxışından öncə Suriyada ölən YPG terrorçularını anıb:

“İŞİD-lə mübarizədə müttəfiqimiz olan YPG döyüşçülərinin bir çoxu döyüş zamanı həyatını itirib. Terrorçularla mübarizədə YPG-yə yardımımızı davam etdirəcəyik. Bu, ABŞ hökumətinin əsas siyasətidir.

Türkiyənin sərhəd təhlükəsizliyi ilə bağlı narahatlıqlarını anlayırıq. Ankara ilə bu məsələdə birgə fəaliyyət göstərməliyik. Türkiyə bizim NATO müttəfimizdir”.

Qeyd edək ki, ötən gün Votel verdiyi açıqlamada Menbiçdəki ABŞ əsgərlərinin geri çəkilməyəcəyini bildirmişdi.


Müəllif: Samir

Oxşar xəbərlər