Suriyanın Afrin bölgəsində "Zeytun Budağı" əməliyyatı çərçivəsində Darmıkdağı kəndinə doğru hərəkət edən Türkiyə ordusuna məxsus tank terrorçular tərəfindən vurulub.
Teleqraf.com xəbər verir ki, bu, Türkiyənin Suriyada vurulan sayca üçüncü tankıdır.
Tankın heyət üzvləri heç bir xəsarət almayıb.
Qeyd edək ki, yanvarın 22-dən etibarən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatına start verib. Əməliyyatda məqsəd bölgəni PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləməkdir.