PKK terror təşkilatına Suriyada qarşılıqsız yardımlar göstərən ABŞ İraqda da yeni planlarını həyata keçirməyə başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Vaşinqton rəhbərliyi İraqda yeni hərbi bazanın inşasına start verib.
Baza Türkiyə ilə Qəndil arasında strateji nöqtə sayılan Duhokda qurulacaq.
Artıq Pentaqon bununla bağlı bölgəyə xüsusi qrup göndərib.
ABŞ-ın bu bazada PKK terrorçularına təlim keçəcəyi iddia edilir.
Xatırladaq ki, bundan öncə İraqın baş naziri Heydər İbadi ABŞ-ın rəhbərlik etdiyi koalisiya güclərinin tədricən ölkəni tərk etməsi tələbilə çıxış edib.