İranda hakim rejimə qarşı etirazlar bütün şəhərlərdə müşahidə olunur.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İranın dini mərkəzi sayılan Qum şəhərində Ayətullah Əli Xomeyninin banneri naməlum şəxslər tərəfindən yandırılıb.
Hadisə Nübüvvət Meydanında baş verib.
Qeyd edək ki, bir müddət öncə İranın 101 şəhərində Prezident Həsən Ruhani və Ali dini lider Xameneyiyə qarşı etiraz aksiyaları keçirilib.