10 Fevral 2018 10:10
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Cənubi Koreyada Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.

Teleqraf.com xatırladır ki, açılış mərasiminə Şimali Koreyanın rəsmi nümayəndə heyəti də qatılıb.

Heyətə Şimali Koreya liderinin bacısı Kim Yo Jonq da daxildir. Rəsmi Pxenyanın məqsədi bu tədbirdə iştirak etməklə mümkün qədər qarşılıqlı təzyiqləri azaltmaqdır.

Ancaq Qış Olimpiadası zamanı bir foto marağa səbəb olub. Fotoda Şimali Koreya liderinin bacısı Kim Yo Jonqla ABŞ vitse-prezidenti Mayk Pens eyni kürsüdədir.

Həmin fotoda hər iki şəxsin ciddi görkəm aldığı və bir-birinə diqqət yetirmədiyi nümayiş olunur.


Müəllif: Cavad

Oxşar xəbərlər