11 Fevral 2018 20:27
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə Azadlıq meydanında çıxış edən Həsən Ruhani ad çəkmədən İsrail və ABŞ-ı tənqid edib.

Teleqraf.com xəbər verir ki, İsrailin dünən pilotsuz uçuş aparatı zərərsizləşdirməsinə işarə edən Ruhani bölgədə gərginlik yaradıldığını deyib.

“İraq və Suriyanı bölmək, Livanda uzunmüddətli xaos yaratmaq istədilər. Amma bizim də köməyimizlə bu siyasətləri çökdü”, - deyə İran prezidenti çıxışında vurğulayıb.

Tehranın Valiyə-Əsr prospektində 2000 km mənzildə hədəfləri vurmağı bacaran Kadr ballistik raket nümayiş olunub. Eyni zamanda yeni nəsil Fəcir raketləri, Tufan 2-M qısamənzilli raketlər və Fateh adı verilən sualtı qayıq da nümayişdə sərgilənib.

Qeyd edək ki, İrann milli bayramı münasibətilə Azadlıq meydanına yüz minlərlə insan axın edib


Müəllif: Kəmalə

Oxşar xəbərlər