Avropa Birliyi (AB) Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ilə bağlı hadisələri yaxından izləyir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu məlumatı AB-nin mətbuat xidməti yayıb:
“Ümid edirik ki, Saakaşvilinin hüququ təmin ediləcək”.
Qeyd edək ki, sabiq prezident dünən axşam saatlarında Ukraynadan Polşaya deportasiya edilib.