Ukraynanın hazırkı prezidenti Petro Poroşenko ölkəni məhv etməklə məşğuldur.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili deyib.
O bildirib ki, Ukrayna hazırda “quldur ölkəsinə” bənzəyir:
“Buna səbəb oliqarxların iqtisadi maraqlarıdır. Ölkədəki kapitalın 70 faizi Poroşenko və Rinat Əhmədovun nəzarətindədir. Poroşenko öz maraqlarını qorumaq üçün silahlı qruplardan istifadə edir”.
Qeyd edək ki, Saakaşvili fevralın 12-də Ukraynadan Polşaya deportasiya edilib.