İraqda İŞİD-in yezidi kürdlərinin yaşadığı Sincarı ələ keçirməsi ilə hansı faciələr yaşandığını diqqətə çatdıran İraq parlamentinin yezidi millət vəkili Feyyan Dahil göz yaşları içində Məclisdən yardım istəyib
Türkiyə mediasına istinadən bildirir ki, millət vəkili: ”Lütfən, bizi xilas edin. 48 saatdır ki, 30 min ailə Sincar dağlarında acından, susuzluqdan ölür. 70 uşaq susuzluqdan dünyasını dəyişib. Qadınlarımız bazarlarda kəniz kimi satılır. Məclisdən bu soyqırıma son qoymağı tələb edirik”.
Sözünü bitirər-bitirməz millət vəkili huşunu itirərək yıxılıb.
Aktual.az