20 Fevral 2018 18:05
1 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Məhkəmə Sisteminin rəhbəri Sadiq Laricani sabiq prezident Mahmud Əhmədinejatın Ali dini lider Əli Xameneyi ilə bağlı fikirlərini tənqid edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, sabiq prezidenti hazırki rejimin fəaliyyətinə qarşı çevriliş təşkil etməkdə ittiham edib.

Laricaninin fikrincə, Əhmədinejat onun əleyhinə dərc olunan legitim qərarlardan qaçmağa cəhd göstərir.

Qeyd edək ki, Əhmədinejat çıxışı zamanı Xameneyini, hazırkı Prezident Həsən Ruhanini və Laricanini vəzifələrindən sui-istifadədə ittiham edib.


Müəllif: Samir

Oxşar xəbərlər