23 Fevral 2018 00:27
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Ədliyyə Məhkəməsi energetikada kömürdən həddindən çox istifadə etdiyinə görə Polşanı Aİ-nin havanın çirklənmə səviyyəsi normalarını sistemli şəkildə pozmaqda təqsirli sayıb. Avropa Ədliyyə Məhkəməsinin Avropa Komissiyasının Polşa hökuməti əleyhinə iddiası üzrə fevralın 22-də açıqlanmış qərarında belə deyilir.

Teleqraf.com-un məlumatına görə, sənəddə deyilir: “Məhkəmə qərara alıb ki, Polşa 2007-2013-cü illərdə havanın təmizliyinin ekoloji normalarını müntəzəm olaraq pozub və vəziyyəti düzəltmək üçün tədbir proqramları təqdim etməyib”.

Məhkəmənin qərarı Avropa Komissiyası tərəfindən Varşava əleyhinə yeni cərimə sanksiyalarının tətbiq edilməsi üçün əsas ola bilər.

Dünya Bankının məlumatına görə, Polşanın enerji generasiyasında kömürün payı 2015-ci ildə 82 faiz təşkil edib ki, bu da Avropa İttifaqında ən yüksək göstəricilərdən biridir. Hazırda kömür enerjisi generasiyasında yeni texnologiyaların meydana çıxmasına baxmayaraq, kömür karbohidrogen yanacağın ən “çirkli” növü olaraq qalır, amma bu yanacağın külli miqdarda təbii ehtiyatına malik olan Polşada geniş istifadə olunmaqdadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər