Ukrayna Qərbi az maraqlandırır. Ukrayna onlara yalnız Rusiyaya təzyiq vasitəsi kimi lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov bildirib.
Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın bu gün yayılan müsahibəsinə münasibət bildirən Aleksey Puşkov eks-prezidentin haqlı olduğunu vurğulayıb: “Suriyadan fərqli olaraq Ukrayna böhran lokal xarakter daşıyır. O, ABŞ və onun müttəfiqlərinin qlobal səyləri nəticəsində süni surətdə yaradılıb”.
Qeyd edək ki, Ukraynanın eks-prezident Leonid Kuçma müsahibə verərək ölkədəki hazırkı durumu ciddi tənqid edib. O, bildirib ki, Ukrayna sözün əsl mənasında dövlət olmayıb, ukraynalıların bugünkü vəziyyəti isə dəhşətlidir.