Türkiyənin Antalya şəhərində içərisində hərbçilərin olduğu avtobus qəzaya uğrayıb.
Teleqraf.com-un xəbərinə görə, hadisə nəticəsində sürücü və 22 nəfər hərbçi xəsarət alıb.
Hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.