Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir qadağa aradan qaldırılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qərara əsasən, bundan sonra Səudiyyə ordusunda qadınlar da xidmət edə biləcək.
Bunun üçün qadınların lisey məzunu olması, Riyad, Məkkə, Mədinə, Əl-Qasım, Asir əl-Baha, Əş-Şarkiyyə şəhərlərində yaşaması vacibdir.
Yaşı 25-dən 35-ə qədər, boyu 1.55 metrdən aşağı olmayan qadınlar ordu sıralarında xidmət üçün elektron ərizə doldura bilərlər.
Həmin qadınların əcnəbi ilə nikahda olmaması şərti də var.