Yəmənin Nəqliyyat naziri Salih əl Cəbvaninin avtomobil karvanı Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) dəstəklədiyi silahlı qüvvələr tərəfindən dayandırılıb.
Teleqraf.com-un xəbərinə görə, bununla bağlı Cəbvani özü məlumat yayıb.
O bildirib ki, hadisə Yəmənin Şəbvə şəhəri yaxınlığında baş verib:
“BƏƏ Yəmənin cənubunda qəbilə ordusu qurub və mənim Şəbvəyə girişimə icazə vermədi. Onlar bizim qarşımızı tanklarla kəsdi və mənim avtomobilim RPQ-7 ilə nişana alındı. Çıxış yolumuz qalmadı.
Şəbvəyə döyüşə yox, inkişaf layihəsinin təməlqoyma mərasimi üçün gedirdik. Bizim şəhərə girişimizin qadağan edilməsində BƏƏ Silahlı Qüvvələri Baş qərargah rəisinin əli var. O, həmin vaxt təməlqoyma mərasiminin həyata keçiriləcəyi Belhaf limanında olub. BƏƏ ilə əlaqələri yenidən nəzərdən keçirməliyik”.