ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın sabiq köməkçisi Duq Bendon hazırkı prezident Donald Trampa müraciət edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, müraciətində Trampı ABŞ qoşunlarını Suriyadan dərhal çıxarmağa çağırıb.
Onun sözlərinə görə, ABŞ Suriyada qarşısına qoyduğu məqsədlərdən yalnız birinə nail ola bilib:
“Vaşinqton Suriyada İŞİD terror təşkilatını məhv etməli, Ankaranın təsirini azaltmalı, Əsədlə mübarizə aparmalı, kürd və müxlaiflərlə əlaqə qurmalı idi. ABŞ ordusu yalnız İŞİD ilə mübarizədə qismən nailiyyət əldə edə bildi. Tramp ordunu geri çəkməlidir”.