Türkiyənin Bursa şəhərində “TRT Belgesel” kanalı “Görək işə yarayacaqmı?” verilişi üçün zəlzələ testi keçirib.
Teleqraf.com xəbər verir ki, şəhər kənarında 13 mərtəbəli boş binada təcrübə aparan mütəxəssislər tikilini dağıtmaq üçün 300 kilo dinamitdən istifadə ediblər. Amma bina dağılmayıb. Yenidən binanı dağıtmaq üçün 300 kilo dinamiti partladıblar. Bu cəhd də boşa çıxıb. Əlacsız qalan layihə rəhbəri çəkilişi qeyri-müəyyən vaxtadək təxirə salıb.
Qeyd edək ki, layihənin məqsədi zəlzələ zamanı dağıntılardan qorunmağın yollarını müəyyən etməkdir.
Verilişin prodüseri Serkan Bıçakçı bildirib ki, daha öncədən əzilməyə və qırılmağa qarşı davamlı olan stollar hazırlanıb, onların altına insan maketləri qoyulub: "Stolların möhkəmliyini öyrənmək üçün binada süni zəlzələ yaratmaq istədik, alınmadı".