Ermənistanla Türkiyə arasında əlaqələrin yaxşılaşdırılması üçün addımlar atılmalıdır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Ermənistanın iqtidardakı Respublikaçı partiyasının sözçüsü Eduard Şarmazanov deyib.
O bildirib ki, ilk addım Ankaradan gəlməlidir:
“Öncədən irəli sürülən şərtlər bizim üçün qəbuledilməzdir”.
Qeyd edək ki, dünən Ermənistan Prezidenti Serj Sərkisyan 2009-cu ildə Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün imzalanan protokolları ləğv etdiyini açıqlayıb.