ABŞ Prezidenti Donald Tramp Almaniya Kansleri Angela Merkel və fransalı həmkarı Emmanuel Makronla telefon əlaqəsi saxlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, liderlər BMT Təhlükəsizlik Şurasının Suriyada 30 günlük atəşkəs qərarını müzakirə ediblər.
Tramp, Merkel və Makron yaydıları birgə bəyanatda Suriya rejimi ilə Rusiya və İranın dəstəklədiyi qrupları bu qərara dərhal əməl etməyə çağırıb.
Bundan başqa, liderlər Rusiya Prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı açıqlamasına sərt reaksiya göstəriblər.
Qeyd edək ki, Putin verdiyi açıqlamada Rusiyanın dünyanın istənilən nöqtəsini vura biləcək raketə sahib olduğunu bildirmişdi.