3 Mart 2018 20:27
2 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) dövlət sirri sayılan məxfi sənədlərin itdiyini etiraf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb, ölkənin hərbi rəhbərliyi isə bu faktı təsdiq edib. Jurnalistlər bu insidentin Ukrayna HHQ-nın qərargahında baş verdiyini bildiriblər.

Ukrayna HHQ-nın yaydığı məlumatda isə deyilir:

"Faktla bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı araşdırma aparır. İnsident hərbi hissələrdən birində baş verib".

Yerli KİV-in xəbərinə görə, söhbət Vinniçdəki hərbi hissələrdən birindən gedir. İtən sənəd isə Müdafi Nazirliyinin 2017-ci il martın 10-da imzaladığı əmdir. Əmrdə səfərbərliklə bağlı tapşırıqlar əksini tapıb.


Müəllif:

Oxşar xəbərlər