4 Mart 2018 16:12
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Trampın sabiq xüsusi məsləhətçisi Carl İcan ABŞ prezidentinin polad və alüminium ixracatına vergi tətbiq etməsi haqda qərarından sonra şirkətinin 31,3 milyon dollarlıq səhmlərini satıb.

Teleqraf.com xəbər verir ki, prezidentin məlum qərarından sonra yaxın adamının bu addımı iqtisadçılar tərəfindən maraqla qarşılanıb.

Milyarder İcan bu ilin 12 yanvarından başlayaraq təhcizatla məşğul olan Manitovok şirkətinin səhmlərini satmağa başlayıb. Cümə günü Manitovokun səhmləri 5,48 faiz ucuzlaşıb.

Milyarder şirkətin 1 milyon dollarlıq səhmlərini satıb.

Məlumata görə, Trampın vergi qərarından sonra onun yaxın adamının səhmlərinin dəyəri azı 6 milyon dollar ucuzlaşıb.


Müəllif: Cavad

Oxşar xəbərlər