5 Mart 2018 18:44
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun idman və turizm naziri vəzifəsinə Sergey Kovalçuk təyin olunub.

Bu barədə ölkə prezidenti Aleksandr Lukaşenko sərəncam imzalayıb. Yeni nazir fevralın 15-də istefaya göndərilmiş Aleksandr Şamkonu əvəzləyib.

Qeyd edək ki, Sergey Kovalçuk 14 avqust 1968-ci ildə Brest vilayətində anadan olub. O, 1989-cu ildə Odessa Ali Artilleriya Komandanlığı Məktəbini, 1999-cu ildə isə Belarus Hərbi Akademiyasını başa vurub. 1989 - 2004-cü illərdə Silahlı Qüvvələrdə xidmət etmiş Kovalçuk yeni təyinatınadək Belarus prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşı olub. III dərəcəli "Vətənə xidmətə görə" və I, II, III dərəcəli "Qüsursuz xidmətə görə" ordenləri ilə mükafatlandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər