Rusiyada hakerlərin hücumuna məruz qalan prezidentliyinə namizəd Kseniya Sobçakın saytı fəaliyyətini bərpa edib.
Teleqraf.com "tass.ru"ya istinadla xəbər verir ki, prezidentliyə namizədin tvitter səhifəsində seçkiqabağı saytın işinin bərpa olunduğu vurğulanıb.
Knesiya Sobçakın səlahiyyətli nümayəndəsi prezidentliyə namizədin saytının çökdüyünü bəyan etmiş, hakerlərin İP adresin biabırçı fotolara yönləndirildiyini söyləmişdi.
Sayt 2 saatlıq fasilədən sonra işini yenidən davam etdirib. Bu müddət ərzində isə saytın ünvanında Vladimir Jirinovskinin “Jirik” adlı mineral su ilə fotosu yerləşdirilib.
Sobçakın saytının çökməsi debat zamanı Jirinovskinin üzünə su atması ilə əlaqələndirilir.
Xatırladaq ki, iki gün öncə Moskvada deputat Aleksey Şapoşnikovun köməkçisi Alan Zaqoyev Petrovski sarayının yaxınlığında Kseniya Sobçaka hücum edib. Zaqoyev “Bu, Jirinovskiyə görədir” deyərək Sobçakın üzünə su atıb və ona fiziki güc tətbiq edib.
Xatırladaq ki, fevralın 28-də televiziyada seçkiqabağı debatlar zamanı “Vətəndaş təşəbbüsü” Partiyasından namizədliyi irəli sürülən Kseniya Sobçak onu təhqir edən Rusiya Liberal Demokrat Partiyasından namizəd Vladimir Jirinovskinin üzünə su atıb.