Banqladeşdə özəl kursda hazırlığa gedən 10 yaşlı məktəbli verilən tapşırığı yerinə yetirə bilmədiyi üçün müəllimi tərəfindən döyülərək öldürülüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, tapşırığını həll edə bilməyən 10 yaşlı Tavidul İslamı müəllimi Aminul İslam dəyənəklə döyərək cəzalandırıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həkim məktəblinin qabırğalarının qırıldığını bildirib.
Müəllim polis tərəfindən saxlanılıb.