Avropa Şurası Parlament Assembleyası (AŞPA) Belarusda icra edilən sonuncu ölüm hökmünü pisləyən bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, ölüm hökmü öz uşaqlarını qətlə yetirən Kirill Kazaçkaya qarşı tətbiq olunub. Hökm 2017-ci ilin oktyabrında icra edilsə də, yerli hüquq müdafiəçiləri bundan indi xəbər tutub.
AŞPA-nın bəyanatında deyilir ki, Belarusda istənilən maddə ilə ölüm cəzasının tətbiqi pislənilir.