İstanbul Məhkəməsi FETÖ terror təşkilatı ilə bağlı 21 jurnalistin barəsində 2 ildən 7,5 ilə qədər azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Teleqrfa.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, onlar 2016-cı ilin iyulunda ölkədə dövlət çevrilişinə cəhd göstərmiş terror təşkilatı FETÖ-nün təbliğatında təqsirli biliniblər.
Müttəhimlər arasında şərhçi və müğənni Atilla Taş da var. O, terror qrupuna məqsədli şəkildə kömək etməkdə ittiham edilərək 3 il 1 ay azadlıqdan məhrum edilib.
FETÖ ilə əlaqəsi olan KİV-də çalışan jurnalist Murat Aksoy 2 il 1 ay müddətinə, onun həmkarı Cuma Ulus isə 7,5 il müddətinə həbs cəzasına məhkum edilib.