Cəbhə xəttində baş verən insidentlər Ermənistanda etirazlara səbəb olub.
APA-nın “epress.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistan paytaxtında cəbhədə gərginlik və itkilərlə əlaqədar “Muharibəyə Yox!” şüarı altında aksiya keçirilməsi planlaşdırılıb.
Bir qrup ictimai xadim Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hər iki tərəfdən insanların ölməsi ilə nəticələnən hadisələrlə bağlı İrəvanın mərkəzində yürüş keçirməyə hazırlaşır. Onlar öz “Facebook” səhifələrində yayılan bəyanatlarında bildiriblər ki, hər iki ölkənin ictimaiyyəti birləşib, münaqişənin həlli məqsədilə ictimai müzakirə üçün platforma yaratmalıdır.