13 Mart 2018 12:34
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pornoaktrisa Stefani Klifford ABŞ Prezidenti Donald Trampla bağlı qərarını açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Trampla münasibəti barəsində susması üçün prezidentin vəkili Maykl Koenin ona verdiyi 130 min dolları geri qaytaracağını bildirib.

Kliffordun vəkili pulun martın 16-dək Trampın hesabına keçiriləcəyini deyib.

Aktrisa pulun əvəzində ABŞ prezidenti ilə münasibətləri və ona qarşı edilən təzyiqlər barəsində açıqlama verəcək.

Qeyd edək ki, bir müddət öncə Trampın 2006-2007-ci illərdə Kliffordla intim əlaqədə olması və Melaniyaya xəyanət etməsi ilə bağlı məlumatlar yayılmışdı.


Müəllif: Samir

Oxşar xəbərlər