ABŞ Baş prokuroru və Ədliyyə naziri Ceff Seşns Federal Təhqiqatlar Bürosunun (FTB) yüksək vəzifəli nümayəndəsini istefaya göndərib.
Teleqaf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Seşns bəyanat yayıb.
O, Endryu Makkeybin istefaya göndərilməsinin səbəbini açıqlayıb: “Makkeyn dəfələrlə gizli məlumatları mətbuata sızdırıb. Bununla bağlı araşdırmalar aparılıb və nəticələr mənə açıqlanıb. Bundan sonra onu istefaya göndərdim”.
Məlumatlara görə, Makkeyb martın 18-də təqaüdə çıxmalı idi. Bu qərar onu yüksək təqaüddən məhrum edə bilər.